İnternet, insanların həyatını sadələşdirmək, çəki atmaq, daha rahat və sağlam olmağını təmin etmək üçün bir çox imkanlar təqdim edir. Bu imkanlardan biri də internet vasitəsi ilə arıqlamaq imkanıdır. Günümüzdə bir çox insan, sağlam və gözəl bir görünüşə sahib olmaq üçün onlayn diyet servislərinə müraciət edirlər. Adətən bəzi insanlar üçün bu diyetlər çətin və sıxıcı olur. Bunun əsas səbəbi, insanlar diyet prosesi zamanı, xüsusən də, ilk etaplarda qidalanma vərdişlərini dəyişmək, tələb olunan miqdarda su içmək və ən əsası hərəkətli həyat tərzinə keçid dövrü xüsusi diqqət və nəzarət tələb edir.
Günümüzdə internet vasitəsi ilə çəki atmaq üçün minlərlə mobil tətbiqlər, vebsaytlar və digər resurslar xidmət göstərir. Bununla yanaşı, həmin xidmətlərin əldə etdiyi çox uğurlu nəticələr, bu sahəni inkişafına yol açmışdır. Bu sahənin inkişafı təbii ki, ölkəmizdən də yan keçməyib. Sosial şəbəkələrdə yüzlərlə onlayn diyet xidmətləri fəaliyət göstərir. Eyni zamanda bütün diyet prosesini avtomatlaşdıran yerli startap Fit mobil tətbiqi də bu sahədə işə başlayıb.
Tətbiqdə hər bir istifadəçinin diyet prosesinə yeni texnologiyaların dəstəyi ilə nəzarət mexnizmi formalaşdırılıb. Lakin, bir çox insan tətbiqi sınaqdan keçirmədən abunə olmaq istəmir. Bu məqsədlə Fit mobil tətbiqi, yeni istifadəçilər üçün 7 günlük pulsuz tarifini təqdim edir. Bu tarif, istifadəçilərin tətbiqi sınaqdan keçirib, funksiyalarını test edərək, tətbiqin onlar üçün nə qədər faydalı olduğunu qiymətləndirməsinə imkan verir. 7 günlük pulsuz tarifi, bir çox insana arıqlamaq və arzuladığı kimi olmaq üçün yaxşı bir başlanğıc nöqtəsidir.
Bu müddət ərzində istifadəçilər, tətbiqin bütün imkanlarından faydalana bilər. Gündəlik yeməklərin tərkibi və hazırlanması, içilən suyun hesablanması, avtomatik addımölçən kimi funksionallıqlarla diyet prosesi tam nəzarət altında olur. Bu məlumatlar sistem tərəfindən analiz edilir, tələb olunarsa, dəstək xidməti əməkdaşları istifadəçilər ilə əlaqə saxlanılır. İstifdəçilər yaranan çətinliklər ilə bağlı tətbiq vasitəsi ilə dəstək xidmətinin əməkdaşları ilə əlaqə saxlaya bilər.
Onlayn diyetdə arıqlamaq üçün hansı yeməklər ilə qidalanmaq olar?
Tətbiq istifadəçiləri qeydiyyatdan keçdikdən sonra daxil edilən məlumatlar əsasında tərtib edilən qidalanma planını tətbiqin əsas səhifəsində görürlər. Gündəlik səhər yeməyi, nahar, qəlyanaltılar və şam yeməyindən ibarət olan qidalanma planında peşəkartlar tərəfindən hazırlanmış dadlı yeməklərin tərkibi və hazırlanma qaydası gündəlik olaraq istifadəçilərə göstərilir. İstifadəçilər də öz növbəsində, yeməklər ilə qidalanır və bu barədə sistemi məlumatlandırır. Hər bir yeməyin tamamlanması gündəlik hədəf faizini müəyyən qədər artırır. Beləliklə, diyet prosesinin tam uçotu aparılır.