Hər bir insan həyatının müəyyən dövründə ən azı bir dəfə çəki atmaq və yaxud artırmaq haqqında düşünür. Bəziləri bunun üçün ciddi cəhdlər edir. Dietoloq məsləhətləri, arıqlamaq üçün tətbiq olunan nəzarətsiz idman proqramları və ordan-burdan əldə edib öz üzərimizdə həyata keçirdiyimiz dietalar.
Sağlam bədəndə sağlam can olar, bəs mədə?
Arıqlamaq istəyən hər kəs birinci növbədə düzgün qida rasionu seçməlidir. Yəni yediyimiz yeməklərə diqqət etməliyik. Bədənimiz yaşamaq üçün bizdən vitamin, mineral, zülal və yağlar tələb edir. Biz düzgün qidalanmayıb bu tələbatı ödəmədikdə isə maddələr mübadiləsi pozulur. Hələ bəzi insanlar ümumiyyətlə yemək yeməyib sürətli arıqlamaq haqqında düşünür. Bu zaman isə orqanizm üçün lazım olan qida yəni minerallarda qəbul edilmir. Bu da daha ciddi fəsadlara yol açır. Bəzən isə düzgün tərtib edilməyən dieta reseptləri ilə itirdiyimizdən daha çox kalori alırıq. Burdan da belə nəticəyə gəlmək olar ki, əgər arıqlamaq istəyirsizsə mütləq düzgün qida və yeməklər qəbul etməlisiz.
Nə yediyimizlə yanaşı nə vaxt yediyimizidə diqqətdə saxlamalıyıq. Məsələn, axşam saatlarında qəbul etdiyimiz qidalar daha çox kalori artırdığı üçün düzgün vaxtlarda qidalanmanı tənzimləmək lazımdır. Arıqlamaq üçün düzgün qidalanma və pəhrizi gündəlik həyat tərzinə çevirmək lazımdır.
Arıqlamaq üçün niyə su içməliyik?
Su qəbul edən zaman orqanizmdə maddələr mübadiləsi sürətlənir, zərərli maddələr bədəndən xaric olunur. Su həm də mədəni doldurub tox tutduğu üçün beynədə toxluq siqnalı gedir və insan özünü tox hiss edir. Ancaq Nizami Gəncəvi demişkən “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir oda” yəni suyu içməyin faydası olduğu kimi artıq su içməyin ziyanlarıda mövcuddur. Həkimlər gündəlik 2 litr maye qəbulunu normal hesab edir. Bu zaman tək maye qəbuluna yox sulu xörəklərində qəbuluna diqqət etmək lazımdır.
Gündəlik normada maye qəbulu sizə yorğunluqla mübarizə aparmaq və çəki salmaq üçün fiziki aktivliyi təşviq etməklə bərabər enerji səviyyənizi də yüksəltməyə kömək edə bilər. Su içmək həmdə ürək üçün ən sağlam vərdişlərdən biridir. Bədənimizin suya ehtiyacı olduğu qədər, ürəyimizin də suya o qədər tələbatı var.
Gəzməyin bilmədiyimiz faydaları
Hər gün müntəzəm gəzinti etmək artıq çəkilərdən azad olmaqla yanaşı orqanizmamız üçün də olduqca faydalıdır. Alimlər sübut edir ki, həftədə ən azı 20-25 km piyada gəzən insanlar digələrinə nisbətdə daha uzun yaşayırlar. Gəzinti stresi azaldır, qan təzyiqini tənzimləyir, bədən bu zaman xoşbəxtlik hormonu ifraz olur və insan özünü gümrah hiss edir. Xüsusilə, artıq çəkidən azad olmaq istəyən, pəhriz saxlayan və müxtəlif dietik vərdişlərlə məşğul olan insanlar gündəlik ən azı 20-25 dəqiqə gəzintiyə çıxmalıdır. Çünki, bədənin sağlam kalori itirməsi baxımından gəzintinin faydası əvəzsizdir. Hər gün 20 dəqiqə gəzməklə artıq piylərinizi yandırmaq və ildə 7 kilo arıqlamaq mümkündür. Amma təbii ki, bu prosesdə nə yediyinizə diqqətdə saxlamalı və kalori nəzarətini təmin etməlisiniz.
Gəzdiyiniz yola və gəzinti zamanı bədəninizin duruşuna diqqət edin. Geri və ya irəli əyilmədən dik yerimək lazımdır. Qollar da vacibdir, çünki gəzinti zamanı gücünüzü artırmaq və ayaq hərəkətlərinizi tarazlaşdırmaq qolların işidir. Qolları yelləmək də 5-10 kalori yandırır. Əlləriniz yumruq kimi sıxılmamalıdır ki, qan axını nizamlı olsun. Ayaqları və qolları diaqonal olaraq aydın bucaq altında yelləmək sağlam yeriş üçün mütləqdir.
Bütün bu sayıdığımız xüsusiyyətlər Azərbaycanda ilk dəfə bir mobil tətbiqdə cəmlənib. Sizin şəxsi dietoloqunuz və nəzarətçiniz artıq cibinizdədir. Gündəlik qida rasionunun və yemek reseptlərinin təyini, müntəzəm maye qəbuluna və ən əsasıda hərəkətə nəzarət. Bütün bunları siz “Fit” mobil tətbiqi vasitəsilə rahat edə bilərsiniz. “Fit” sizin üçün əvəzolunmaz edən daim yanınızda olması, dietanıza nəzarət etməsi və sizi tez-tez məlumatlandırmasıdır. “Fit” istifadə edin ki, formada qalasız.