Müasir dövrümüzdə televiziya, qazet və internet resurslarında, yəni, demək olar ki, hər yerdə su içməyin “dəb” halını aldığını görürük. Bəli, maye qəbulu orqanizm üçün olduqca faydalıdır. Gündə təxminən 2-3 litr su içmək insana enerji verir, arıqlamağa kömək edir və bir çox xəstəliklərin qarşısını alır. Səhər tezdən acqarına 1 stəkan su içmək bədəni zərərli maddələrdən təmizləyir. Ümumiyyətlə, günə 1 stəkan su ilə başlamaq orqanizmin fəaliyyətini sürətləndirir, bədəndə xəstəliklərə qarşı müqaviməti artırır. Su bədəndəki toksinləri atmaqla yanaşı, yağ və kalori yandırır. Aclıq hissinin öhdəsindən gəlir və çox yemək yeməyin qarşısını alır. Səhər yeməyindən əvvəl su içmək bağırsağın hərəkətliliyini artırır və qəbzliyin qarşısını alır.
Həddindən artıq su içmək ZİYANDIR
Gündəlik maye qəbul edərkən yediyimiz meyvə-tərəvəzlərin və yeməklərin tərkibindəki suyu da nəzəratdə saxlamaq lazımdır. Maye qəbul edərkən onun miqdarına nəzarət etmək ciddi məsələdir. Alimlər deyir ki, orqanizmdə suyun çoxluğu qan-damar və sidik sistemlərinə də mənfi təsir göstərə bilər. Bundan başqa, sudan çox istifadə orqanizmdəki faydalı vitamin və mikroelementləri yuyub aparır.
Gündə 2-2,5 litr su içməyin heç bir zərəri yoxdur. Ancaq qədərindən artıq su qandakı natrium səviyyəsini azaldır və nəticə etibarilə buda ciddi problemlərə yol açır. Bədənə toplanan artıq suyu orqanizm beyinə və ağ ciyərlərə yığır ki, bu da bədənin şişməsinə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, nəzarətsiz maye qəbulu zamanı böyrəklər də yüklənir və gərgin rejimdə işləyir. Əgər nəzarət olunmazsa həddən artıq maye qəbulu ölümlə də nəticələnə bilər.
Çiy yoxsa qaynanmış su içmək lazımdır?
Su qaynayan zaman tərkibindəki kalsium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılır. Ancaq faydalı minerallarla birgə zərərli maddələrdə onun tərkibindən təmizlənir. Çox qayanayan suda oksigen səviyyəsi aşağı olur, su nə qədər çox qaynayırsa, bir o qədər ağırlaşır. Tez-tez qaynadılmış su içən insanların dəriləri sönük çiy su içənlərin dəriləri isə parlaq olur. Mütəxəssislər çiy suyu ya müxtəlif vasitə və aparatlarla təmizlədikdən sonra içməyi yaxud da mənşəyi məlum olan təmiz yerlərdən alıb içməyi tövsiyyə edirlər
Təbii ki, istər qaynanmış istər çiy su içən zaman mütləq nəzarət olmalıdır. Çünki gündəlik iş prosesləri, ailə qayğıları bizə hətta gün ərzində nə yediyimizi belə unutdurur. Ancaq “Fit” mobil tətbiqi heçnəyi unutmur. Xüsusi nəzarət mexanizmləri vasitəsilə sizin gündəlik nə qədər su içdiyinizi izləyir. Ən əsasıda qida rasionu ilə birlikdə normanı müəyyən edir. Yəni, siz gün ərzində qəbul etdiyiniz qida və maye miqdarı həmçinin bədənin itirdiyi kalori və su miqdarını “Fit” mobil tətbiqi vasitəsilə izləyə bilirsiz. Odur ki, sağlam arıqlamaq və pəhrizinizə nəzarət etmək istəyirsizsə “Fit” mobil tətbiqindən istifadə edin.
“Fit”lə birgə ye, iç, gəz, həm də sağlam bədənə sahib ol!