fbpx
< Bütün məlumatlar
Çap et

Hesab

“Fit” mobil tətbiqinin “Hesab” səhifəsi, tətbiqin əsas menyusunda əhəmiyyətli hissələrdən biridir. Bu bölmə istifadəçilərə öz profil məlumatlarını idarə etmək, profil şəklini dəyişdirmək, abunəliklərini idarə etmək və peşəkar dəstək almaq imkanı verir. Hesab səhifəsində aşağıdakı düymələr yerləşir:

  • Şəkil dəyişikliyi: Bu düymə istifadəçinin şəkilinin üzərində yerləşir və ona toxunaraq, istifadəçi öz profil şəklini dəyişdirə bilər. Bu düymə, istifadəçinin istəyinə bağlı olaraq profil şəklinin yenilənməsinə imkan verir.
  • Tətbiqdən çıxış: İstifadəçi istədiyi vaxt “Fit” mobil tətbiqindəki hesabından çıxış edə bilər. Bu üçün sol tərəf üst hissədəki çıxış düyməsinə toxunmaq və açılan pəncərədə çıxmaq istədiyinizdən əmin olduğunuzu bildirmək lazımdır.

Hesab səhifəsinin əsas hissəsi isə 4 düymədən ibarətdir:

1. Abunəlik: Bu modul, istifadəçilərə abunəliklərin vəziyyəti ilə tanış olmaq və abunəlikləri dayandırmaq və dəyişdirmək imkanı verir.

2. Profil: İstifadəçi qeydiyyat zamanı daxil etdiyi məlumatları, yəni, adı, soyadı, boyu, cinsi və çəkisini buradan dəyişə bilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, ilk çəki hesabatından sonra başlanğıc çəkinin dəyişdirilməsi məhdudlaşdırılır.

3. Ayarlar: İstifadəçilər tətbiqi öz istəyinə uyğun şəkildə konfiqurasiyalaşdırmaq üçün buraya daxil ola bilər. Bu bölmədə, həmçinin, bildirişlərini nizamlamaq üçün şərait yaradılıb.

4. Kömək: Bu hissəyə daxil olaraq, istifadəçilər “Fit” mobil tətbiqinin Peşəkar Dəstək Xidmətinin əməkdaşları ilə əlaqə qura bilərlər. Bunun üçün sadəcə “Kömək” düyməsinə toxunmaq və müraciəti ünvanlamaq tələb olunur. Əməkdaşlarımız qısa müddətdə istifadəçilərin problemləri ilə tanış olurlar və həll yolu təklif edirlər.

“Fit” mobil tətbiqinin “Hesab” səhifəsində istifadəçinin abunəlik məlumatları, şəxsi məlumatları, ayarlar və kömək hissəsi yerləşdirilib. Tətbqin çıxış düyməsi də bu səhifədədir.

Mündəricat