fbpx
< Bütün məlumatlar
Çap et

Gündəlik hədəf

“Fit” mobil tətbiqi, sağlam bir həyat tərzi qurmaq istəyən istifadəçilərə kömək etmək üçün proqram tərəfindən təyin olunan tapşırıqların icrasına nail olmağınıza kömək edən 🎯 “Gündəlik hədəf” funksiyasını təqdim edir. Bu funksiya, hər bir istifadəçinin 📋 “Fərdi pəhriz planı”nda əvvəlcədən təyin olunmuş günlük hədəflərinə ümumi nəzarət edir.

🎯 “Gündəlik hədəf” funksiyasını istifadə etmək çox asandır. “Fit” mobil tətbiqinin 🏠 “Əsas” səhifəsindən bu funksiyanın xüsusi komponentini görə bilərsiniz. Günə başlayarkən, istifadəçilər 0-dan başlayaraq günlük hədəflərini tamamlamağa çalışırlar.

Bəs 🎯 “Gündəlik hədəf”i tamamlamaq üçün nə etmək lazımdır⁉️

  • 🍝 “Yeməklər” vaxtında yeyilməli və qeyd edilməlidir: ✅ 33.3%
  • 🚰 Bədənin maye ehtiyacı (yeni başlayanlar üçün gündə 2 litr) tam ödənilməli və qeyd edilməlidir: ✅ 33.3%
  • 👟 Gündəlik yürüyüş (yeni başlayanlar üçün gündə 10000 addım) uğurla tamamlanmalıdır: ✅ 33.3%

Əgər gün ərzində yuxarıda yazılanları etsəniz, **🎯 “Gündəlik hədəf”**iniz ✅ 100%-ə tamamlanacaq.

🗓️ Hər gün hədəfi ✅ 100%-ə çatdıran istifadəçilər, sağlam qidalanma vərdişləri əldə etməklə yanaşı arzu etdiyi çəkiyə günü-gündən daha da yaxınlaşır. “Fit” mobil tətbiqinin bu funksiyası vasitəsi ilə pəhriz prosesinə istifadəçinin yanaşmasını asanlıqla müşahidə etmək mümkündür. Tətbiqin istifadəçiləri arzuladığını çəkiyə çatmaq üçün idarə olunan və nəzarət edə biləcəyini bir alətə sahibdirlər.


Əgər daha çox məlumat və ya təklifiniz varsa, 💁 “Peşəkar dəstək” xidməti ilə əlaqə saxlayın. Biz sizin daha aktiv həyat tərzinə keçməyinizə kömək etməkdən 😍 çox məmnunuq!

Mündəricat