fbpx
< Bütün məlumatlar
Çap et

Detokslar

“Fit” mobil tətbiqində ⏲️ “Detokslar” vasitəsi ilə istifadəçilər çəki atma prosesini daha da sürətləndirə bilirlər. Bu funksiya 📋 “Fərdi pəhriz planı”nda təyin olunan vaxtda 🏠 “Əsas” səhifədə görünür. ⏲️ “Detokslar” istifadəçinin istəyinə görə başladıla və ya dayandırıla bilər.

⏲️ “Detokslar” yalnız düzgün tətbiq olunduqda yaxşı nəticələr verir və insan bədəni üçün zərərli olmur. “Fit” mobil tətbiqdə, istifadəçilərə detoksların necə işlədiyini öyrənmək və sağlamlığına necə yaxşı təsir edə biləcəyini başa düşmək üçün mükəmməl bir fürsət təqdim edilir.

“Fit” mobil tətbiqində ⏲️ “Detokslar” necə düzgün tətbiq edilməlidir?

  • 🚰 Günə başlayarkən 500 ml su içilməlidir.
  • 😋 Detoksa başlayarkən mütləq səhərdən ac olmalısınız.
  • ⏱️ Başlama vaxtından etibarən 1 saat müddətində başladıla bilər.
  • 🤬 Aktivləşdirdikdən sonra qaydalarına ciddi əməl etmək lazımdır, vaxt tamam olana qədər detoksdan kənar qidalanmaq olmaz.
  • 🔔 Vaxtınız uğurla tamamlandıqda tətbiq sizə bildiriş göndərəcək.

⏲️ “Detokslar”ın əsas üstünlükləri:

  1. 🥑 Sağlam qidalanma: Detoks müddətində, istifadəçilər təyin olunan qidaları yeməlidirlər.
  2. ⚖️ Çəki idarəetmə: Detoks, çəki atmağa ciddi kömək edir.
  3. Enerji: Detoks, enerji səviyyəsini yüksəldərək istifadəçilərin daha enerjili hiss etməsinə kömək edir.

Uğurla tamamlanmış bir detoks ilə, istifadəçilərin 🎯 “Gündəlik hədəf”inin 33.3%-i tamamlanmış hesab olunur və çəkinin azalması növbəti gün “Çəki yoxlaması”nda müşahidə olunur.

Əgər istifadəçi üçün bu mərhələ xoş olmazsa, detoksu yarımçıq dayandırıb, adi pəhrizi tətbiq edə bilər. Belə olan halda detoks uğursuz hesab ediləcək.


Əgər daha çox məlumat və ya təklifiniz varsa, 💁 “Peşəkar dəstək” xidməti ilə əlaqə saxlayın. Biz sizin daha aktiv həyat tərzinə keçməyinizə kömək etməkdən 😍 çox məmnunuq!

Mündəricat