fbpx
< Bütün məlumatlar
Çap et

Yeməklər

Fit mobil tətbiqi, istifadəçiləri üçün sağlam qidalanmanı daha sadə və əlverişli hala gətirmək məqsədi ilə daxili 🍝 “Yeməklər” bölməsini 🏠 ”Əsas” səhifədə təqdim edir. Bu bölmə, sağlam qidalanmaq vərdişlərinizi inkişaf etdirməyə və öz reseptlər bazanızı təkmilləşdirməyə kömək edir.

Bu bölmədə, istifadəçilər üçün təyin olunan günlük yemək planı istifadəçilərə göstərilir. Səhər, günorta və axşam yeməkləri üçün 🧾 tərkiblər və hazırlanma qaydaları ayrıntılı şəkildə təqdim edilir. Hər bir yemək, istifadəçinin qidalanma planına uyğun olaraq sistem tərəfindən müəyyən edilir. Siz hədəf çəkinizə çatmaq üçün sizə təyin olunan yeməklər ilə qidalanmalı və tətbiqdə ✅ qeyd etməlisiniz. Daxil edilən yemək qeydləri 🎯 “Gündəlik hədəf”inizi 100%-ə doğru irəlilədəcək.

Yeməklər bölməsində, istifadəçilər:

  • 📋 Gündəlik fərdi pəhriz planını görə bilirlər.
  • 🍝 Yeməkləri və onların hazırlanma qaydasını görə bilərlər.
  • 🎉 Sağlam və ləzzətli yeməkləri hazırlamağa nail olurlar.
  • ✅ Qidalanma ilə bağlı gündəlik qeydlərini aparırlar.
  • 💯 Yeməkləri qeyd etməklə 🎯 “Gündəlik hədəf” faizini artırırlar.

Bu bölmə, sağlam qidalanmanı daha da asanlaşdırır və istifadəçilərə öz qida planlarını icra etmək və uğurla həyata keçirmək üçün əlverişli bir yol göstərir.

Əgər əlavə suallarınız və ya təklifləriniz varsa, bizimlə əlaqə saxlayın. ❤️ Sizə kömək etmək çox xoşdur!

Mündəricat