fbpx
< Bütün məlumatlar
Çap et

Bildirişlər

“Fit” mobil tətbiqi, sağlam həyat tərzinə qovuşmağınız üçün bir sıra effektiv alətlər təklif edir. Bildirişlər səhifəsi isə bu alətlərin ən bəyənilən və ən əhəmiyyətli hissələrindən biridir.

Dəstək bildirişləri

“Fit” mobil tətbiqində Peşəkar Dəstək xidməti fəaliyyət göstərir. Bu xidmətin əməkdaşları pəhrizin müəyyən mərhələlərində sizə dəstək olmaq məqsədi ilə və ya pəhriz prosesi ilə bağlı hər hansı bir sorğunu sizə ünvanlaya bilərlər. Həmin anda gələn mesajı tətbiq sizə bildiriş olaraq anında göstərir.

Motivasiya

Bildirişlər səhifəsi sizə hər gününüzü təşkil etməyə və sağlam həyat tərzi üçün qidalanma vərdişləri əldə etməyə kömək edir. İstifadəçilərimiz hər gün hədəflərinə çatdıqda, bildirişlər vasitəsi ilə təbrik edilirlər və hədəflərinə daha sürətli çatmağa təşviq olunurlar.

Gündəlik xatırlatmalar

Gündəlik xatırlatmalar, sağlam qidalanma və fəal həyat tərzi planınıza daha sıx nəzarət etməyə kömək edir. Bu xatırlatmalar, su qəbulunu unutmamaq, hərəkət aktivliyinizi qorumaq və yeməklər ilə vaxtında qidalanmaq üçün istifadəçilərə məlumat olaraq göndərilir.

Öz istədiyinizə görətənzimləyin

Bildirişləri nizamlamaq üçün bütün tətbiq istifadəçilərinə şərait yaradılıb. Bunun üçün sadəcə Ayarlar>Bildirişlər səhifəsinə keçid edərək, sizə uyğun olan bildirişləri açıq saxlayıb, digərlərini isə söndürə bilərsiniz.

“Fit” mobil tətbiqinin Bildirişlər səhifəsi, sağlam qidalanma vərdişlərinə yiyələnməyinizə və bu prosesdə daha da çox motivasiya qazanmağınıza kömək edir.

Mündəricat