fbpx
< Bütün məlumatlar
Çap et

Qeydiyyat

Fit mobil tətbiqini istifadə etməyə başlamaq üçün sadəcə bir neçə addımı izləyin. Fit tətbiqində qeydiyyat prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

  • ⬇️ Yükləmək və quraşdırmaq: Tətbiqi Google Play və ya App Store-dan pulsuz yükləyin və telefonunuzda quraşdırın.
  • 📱 Telefon nömrəsi: İlk olaraq telefon nömrənizi təqdim edin. Bu, sizə 4 rəqəmli təstiq kodunun göndərilməsi üçün lazımdır.
  • 🔒 Təstiq kodu: Fit tətbiqindən göndərilən 4 rəqəmli təstiq kodunu daxil edin. Bu, sizin nömrənizin doğru olduğunu və tətbiqin istifadəçisi olduğunuzu təsdiq edir.
  • ✍️ Ad və Soyad: Adınızı və soyadınızı daxil edin və “irəli” düyməsinə toxunun.
  • 🧓 Cinsiniz: Cinsinizi seçin, seçdikdən sonra avtomatik digər səhifəyə yönləndiriləcəksiniz.
  • 📏 Boy: Öz boyunuzu qeyd edin və “irəli” düyməsinə toxunun.
  • ⚖️ Çəki: Çəkinizi qeyd edin və “irəli” düyməsinə toxunun.
  • 🎯 Hədəf çəki: Tətbiq, sizin üçün uyğun olan təqribi çəki aralığı təklif edir. Həmin çəki aralığından hədəf çəkinizi seçin və “irəli” düyməsinə toxunun. Bu məlumatlar, sizin fərdi pəhriz proqramının hazırlanmasında istifadə olunacaq.
  • 📋 Fərdi pəhriz planı: Sizin üçün ən uyğun pəhriz proqramı müəyyən ediləcək və hazırlanacaq.
  • 📃 İstifadəçi razılaşması: Sizə təqdim olunan “İstifadəçi razılaşması” ilə tanış olun, əgər yazılanlar ilə razısınızsa müvafiq seçimi edib davam edin. Tətbiqdən qeydiyyatdan keçən və istifadə edən bütün istifadəçilər “İstifadəçi razılaşması”nı qəbul etmiş hesab edilir.
  • 📦 Tariflər: Tətbiqdə təklif olunan tariflərdən birini seçin və qeydiyyatı tamamlayın.
  • 🏁 Başlayın: 👏 Təbriklər! Siz indi “Fit” mobil tətbiqindən istifadə etməyə başlaya bilərsiniz. Yeni istifadəçilər üçün 7 gün müddətində tətbiqin bütün imkanlarından pulsuz istifadə etmək mümkündür.

Bu sizin sağlam həyat tərziniz üçün atdığınız ilk addımdır. İstədiyiniz bədən quruluşuna və sağlam qidalanma vərdişlərinə sahib olmaq üçün “Fit” mobil tətbiqi sizə bələdçilik edir. Əgər qeydiyyatdan keçibsinizsə, 🎉 həyatınızı daha da sağlam davam etdirmək üçün artıq hazırsınız!


Bu məqalə, istifadəçilərin qeydiyyat prosesini aydın şəkildə anlamağa kömək edəcək. Daha sonra həll etmək istədiyiniz digər suallarınıza da kömək edə bilər.

Mündəricat