fbpx
< Bütün məlumatlar
Çap et

Su sayğacı

“Fit” mobil tətbiqi, istifadəçilərə 📋 “Fərdi pəhriz planı”na uyğun olaraq bədənin gündəlik su ehtiyacına nəzarəti təmin edən müasir bir 🚰 “Su sayğacı” funksiyasını təqdim edir. Bu funksiya, istifadəçilərə bədənin bütün maye ehtiyacını təmin etməyə nail olmaq üçün kömək edir.

Su, insan sağlamlığı üçün ən əhəmiyyətli elementlərdən biridir. Sağlamlığınızı qorumaq və enerjinizi yüksəltmək üçün düzgün su təminatı əhəmiyyətli rol oynayır. “Fit” mobil tətbiqinin istifadəçiləri, hər gün içilməli olan su miqdarını izləmək üçün 🚰 “Su sayğacı”ndan istifadə edirlər.

Bunun vasitəsi ilə istifadəçilər:

  • 🗓️ Hər gün içilməli olan su miqdarına nəzarət edir.
  • 📲 Hər dəfə su içəndə onu tətbiqdə ✅ qeyd edir.
  • 😀 Bədənin maye ehtiyacını ödəyir.
  • 🔔 Su içilmə vaxtını unudubsa, tətbiqdən bildiriş alır.

Bildirmək istərdik ki, istifadəçilər hər dəfə su içəndə tətbiqdə qeyd edərkən, 🎯 “Gündəlik hədəf” faizi də artır. Əgər istifadəçi gün ərzində bədənin maye ehtiyacını tam təmin edərək tətbiqdə qeyd edərsə, 🎯 “Gündəlik hədəf”in 33.3%-i tamamlanmış hesab olunacaq.

Əgər daha çox məlumat və ya təklifiniz varsa, 💁 “Peşəkar dəstək” xidməti ilə əlaqə saxlayın. Biz sizə daha sağlam qidalanma vərdişlərini öyrənməyə kömək etməkdən 😍 çox məmnunuq!

Mündəricat