fbpx
< Bütün məlumatlar
Çap et

Çəki səhifəsi

“Fit” mobil tətbiqinin ⚖️ “Çəki” səhifəsi istifadəçilər üçün çəkilərinin ətraflı məlumat və monitorinqi təmin edir. Bu səhifə tətbiqin əsas elementlərindəndir və əsas menyuda yerləşdirilmişdir.

👀 Çəki hədəfi

Bu səhifənin ən üst hissəsində, istifadəçinin çəki hədəfi barədə qeydiyyat zamanı əldə olunan məlumatlar və həmin hədəfə hansı gün çatacağı yer alır. Bu hissəyə toxunaraq, açılan səhifədə hədəf çəkinizi dəyişə bilərsiniz və ona müvafiq olaraq hədəfə çatdığınız gün avtomatik təyin olunacaq.

📉 Çəkinizin zamandan asılılığı

Səhifənin orta hissəsində istifadəçinin çəkisinin zamandan asılılıq diagramı yer alır. Bu diagram vasitəsi ilə, istifadəçi pəhrizə başladığı gündən etibarən bu günə qədər çəkisinin necə və hansı aralıqlarda dəyişdiyini görə bilər.

ℹ️ Çəki məlumatları

Səhifənin alt hissəsində, istifadəçinin indiki çəkisi və hədəfi göstərilmişdir. Bu məlumatların alt hissəsində hədəfə çatmaq üçün qalan gün sayı və ümumi hədəf faizi yazılmışdır.


Əgər daha çox məlumat və ya təklifiniz varsa, 💁 “Peşəkar dəstək” xidməti ilə əlaqə saxlayın. Biz sizin daha aktiv həyat tərzinə keçməyinizə kömək etməkdən 😍 çox məmnunuq!

Mündəricat