Arzu etdiyimiz fiqura və çəkiyə sahib olmaq bəzən bizim üçün ən böyük problemlərdən birinə çevrilir. Hətta həftələrlə davam edən pəhrizlər, istifadə olunan müxtəlif dərman pereparatları mənəvi və fiziki sağlamlığımıza da təsir edə bilir. Ancaq istədiyimiz çəkiyə sahib olmaq üçün gəzinti və maye qəbul etmək nə qədər vacibdirsə düzgün qidalanmada bir o qədər vacibdir. Çünki xüsusilə pəhriz zamanı qida rasionunun doğru seçilməməsi və nəzarətsiz tətbiq edilməsi ciddi fəsadlara yol aça bilir. Bugün sizə xüsusilə pəhriz zamanı düzgün qidalanma yolları haqqında məlumat verəcəm.
YAVAŞ-YAVAŞ YEMƏYƏ DİQQƏT EDİN!
Alimlər sübut edib ki, insanda toxluq hissi yeməkdən 20 dəqiqə sonra hiss olunmağa başlayır. Ona görə də əvvəlcə yediyiniz qidanı yaxşı çeynəyib, yavaş-yavaş yeməyə diqqət edin. Yemək zamanı ara-ara kiçik fasilələr də vermək olar. Məsələn, yemək yeyərkən istifadə etdiyiniz qaşıq, bıçaq və ya çəngəli masanın üzərinə qoyaraq fasilələr verin. Qidaları yaxşı çeynəmək bizi həzmsizlik və həzm sistemi problemlərindən də qoruyur. Həmçinin, tıxanıqlıq və yeməyin qida borusuna düşməsi kimi riskləri demək olar yox edir.
ƏSƏBİ OLANDA YEMƏYƏ YOX İDMANA ÜSTÜNLÜK VERİN!
Araşdırmalar həddindən artıq yemək yeməyin əsəb, depressiya, sıxıntı, narahatlıq və təklik kimi mənfi emosional vəziyyətlərdə meydana gəldiyini göstərir. Belə hallarda yemək yerinə gəzmək və ya rəqs etməklə stressinizi atmağa çalışın. Gəzinti zamanı diqqət yetirilməli məqam isə yürüşü fasiləsiz etməkdir. Məsələn, insan orta hesabla ən azı 45 dəqiqə gəzən zaman 25 dəqiqədən sonra bədəndə piylər əriməyə başlayır. Bu səbəbdən 25 dəqiqədən çox yəni orta hesabla 45 dəqiqə fasiləsiz gəzmək lazımdır. Ancaq mütləq şəkildə gəzinti nəzarət altında olmalıdır. Həddindən artıq gəzmək üçün faydalı olmaq yerinə sağlamlığınıza mənfi təsir də edə bilər.
ETİBARSIZ PƏHRİZLƏRƏ İNANMAYIN!
Xüsusilə mənşəyi məlum olmayan pəhriz reseptləri, tövsiyə olunan dərman və çaylardan illərdir kifayət qədər insan əziyət çəkir. Artıq çəkidən xilas olmaq istəyən xeyli adam bu vasitələrin sayəsində xəstəlik belə tapır. Ona görə də özünüz üçün xüsusi pəhriz tətbiq etdirin. Təbii ki, mütəxəssis tövsiyyəsi alıb, peşəkarla bu işi görün. Sağlam və balanslı qidalanma olarsa artıq çəkinin olduğu nahiyələrdə itkilər olacaq. Sağlamlığınız haqqında düşünün və özünüzə dəyər verin. Peşəkarlardan özünüz üçün “fərdi pəhriz” yəni sizin tələblərinizə cavab verən pəhrizlər hazırlamasını və mütləq şəkildə nəzarət etməsini təmin edin. Unutmayın, idela çəkiyə çatmağın asan yolu daim fərdi pəhrizlər tətbiq edib yemək vərdişlərinizi dəyişməkdir.
SU İÇMƏYİ UNUTMAYIN…
Təəssüf ki, çoxumuz su içməyi vərdiş halına gətirə bilmirik. Buna görə də gün ərzində su içməyi unuduruq. Gün ərzində kifayət qədər maye qəbul etmək həm çəkiyə nəzarət, həm də sağlamlıq üçün çox vacibdir. Hər səhər yuxudan duranda 1 stəkan su için. Gün ərzində də davamlı su içmək vacibdir. Gecə yatmazdan əvvəldə 1 stəkan su içmək həm sağlamlığınız həm də çəki atmaq üçün üçün olduqca faydalıdır. Ancaq maye qəbuluda nəzarətli formada olmalıdır.
NƏTİCƏSİNİ GÖRDÜM BƏS SƏN?
Gündəlik yemək reseptlərini almaq, çəkinizi nəzarətdə saxlamaq və hədəfinizə çatmaq üçün peşəkarlarla ünsiyyətdə olmaq istəyirsinizsə Fit mobil tətbiqi sizin üçündür. Bu tətbiq vasitəsi ilə siz gün ərzində planınızda göstərilən yeməklər ilə qidalanıb, planda qeyd olunan qədər su içib, gündəlik hərəkət planınıza uyğun olaraq gəzintiyə çıxacaqsınız.
7 gün müddətində tətbiqin bütün imkanlarından pulsuz faydalanmaq şansını qaçırmayın.