fbpx

Bu İstifadəçi Razılaşması vasitəsi ilə Siz www.application.fit saytından “Fit” mobil tətbiqinin istifadə şərtlərini öyrənə və göstərilən xidmətin əsasları ilə tanış ola bilərsiz. 

Ümumi şərtlər

1. İstifadəçi Razılaşmasına dair Şərtlər (bundan sonra “Şərtlər”) “FİT” MMC (bundan sonra “İcraçı”) və hazırkı Şərtləri qəbul edərək www.application.fit internet səhifəsi vasitəsilə müvafiq qaydada qeydiyyatdan keçərək təklif edilən xidmətlərdən istifadə edən şəxs olan İstifadəçi (“Tərəf”) arasında ödəniş əməliyyatlarının həyata keçirilməsi, bu və ya digər sahələdə şəxsi məlumatların əldə olunması və açıqlanmamasının qayda və şərtlərini müəyyən edir. 

2. İstifadəçi məxfilik siyasəti də daxil olmaqla, aşağıda göstərilmiş şərtlər və müddəalarla tanış olub www.application.fit saytından və mobil tətbiqindən istifadə edə bilər. Xidmətlərdən istifadə etməzdən əvvəl İstifadəçi bu şərtləri və müddəaları diqqətlə oxumalıdır.

3. Xüsusi qida rasionu və ya xəstəliyi olan şəxslərin tətbiqdən istifadəsi tövsiyyə olunmur və əks halda yaranan hər hansı sağlamlıq probleminə görə İcraçı məsuliyyət daşımır.

Xidmət şərtləri

1. Bu Xidmət Şərtləri aşağıda verilmiş  “Xidmətlərin Təsviri” bölməsindəki xidmətlərin istifadəsi üçün İstifadəçi ilə İcraçı arasında olan hüquqi razılaşmanın məzmununu təşkil edir. Hazırkı Razılaşmanın məqsədləri üçün İstifadəçi dedikdə Razılaşma şərtlərini təsdiq edərək saytın təklif etdiyi xidmətlərdən istifadə edən və hazırkı Razılaşmanı qəbul etməsinə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən heç bir məhdudiyyət olmayan tam fəaliyyət qabiliyyətli fiziki şəxslər nəzərdə tutulur.

1.1 Saytın domenləri (“Veb-səhifə”) məlumatları, qrafikaları, sənədləri, mətnləri, məhsulları, xidmətləri və digər elementləri də daxil olmaqla, www.application.fit onlayn platformasına məxsusdur. 

2. İstifadəçi, xidmətlərdən istifadə edərək aşağıdakı göstərilən bütün şərt və müddəalara və ya mobil tətbiqdə göstərilən müəlliflik hüquqları ilə bağlı şərtlərə tabe olduğunu; Saytda təklif olunan xidmətlərinin göstərilməsi üçün tələb oluna biləcəyi təqdirdə fərdi məlumatlarının məxfilik siyasətinə uyğun olaraq istifadə ediləcəyini qəbul edir və təsdiqləyir.

3. Bu Xidmət Şərtləri, məxfilik siyasəti də daxil olmaqla, İstifadəçiyə əvvəlcədən xəbərdarlıq etməklə İcraçı tərəfindən hər zaman dəyişdirilə bilər. www.application.fit saytının və mobil tətbiqin məzmunu və ya onun formatı ilə bağlı istənilən vaxt xəbərdarlıq etmədən dəyişiklik və ya yeniləmə etmək  və ya onun bir hissəsinin fəaliyyətinə hər hansı səbəbdən xitam vermək və ya bu fəaliyyəti məhdudlaşdırmaq hüququ İcraçının müstəsna səlahiyyətindədir.

Xidmət şərtləri

1. İcraçı sizin sağlam çəki atmağınıza şərait yaradan, Sizdən müəyyən aralıqlarda çəki hesabatları, maye, qida qəbulu ilə bağlı məlumatlar istəyən və Sizə bununla bağlı məlumatları mütəmadi verən platformadır. Saytdakı bütün yazı, xəbər və fotolar müəlliflik hüquqları haqqında qanunvericiliyə əsasən qorunur və surətinin çıxarılması, nüsxələrinin artırılması və yayılması, axtarış sistemində saxlanılması, paylaşdırılması (elektron poçt, faks və ya digər elektron vasitələr də daxil olmaqla), nəşri, məzmununun dəyişdirilməsi və ya ötürülməsi Qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

2. İstifadəçilər şərh yazdıqları və ya Sayta elektron məktub göndərdikləri zaman fərdi məlumatları Sayta daxil etmiş olacaqlar.

3. Xidmət Şərtləri İstifadəçi tərəfindən hər hansı yolla pozularsa, “Fit” xəbərdarlıq etmədən onun şərhlərini silmək hüququna malikdir.

4. İcraçı mobil tətbiqin istifiadəsi zamanı qiymət siyasəti ilə bağlı dəyişiklik etmək, abunəlik haqqını azaltmaq və ya artırmaq hüququnu (İstifadəçiyə əvvəlcədən onlayn qaydada bildiriş göndərməklə) özündə saxlayır.

Tərəflərin məsuliyyət və öhdəlikləri

1. “Fit” mobil tətbiqi təqdim olunan xidmətlərin, elektron məktubların, linklərin və ya başqa məlumatların viruslardan və ya başqa bir zərərli elementdən azad olduğuna zəmanət vermir. Xidmətlərdən istifadə və saytdan yükləmələr nəticəsində İstifadəçinin kompüterinə zərər dəyməsi, məlumatların itməsi və ya hər hansı başqa problemə, həmçinin üçüncü tərəfə dəymiş hər hansı zərər və itkiyə görə “Fit” heç bir məsuliyyət daşımır. 

2. İstifadəçi zəmanət verir ki, Saytdan və ya xidmətlərdən istifadə edərkən aşağıdakılara yol verməyəcək:

Xidmətlərin və ya onların elementləri əsasında Saytın və Mobil tətbiqin idarəçilərinin icazəsi olmadan hər hansı törəmə məhsul, törəmə əsər yaratmaq və ya dəyişiklik etmək; 

Saytda və Mobil tətbiqdə yerləşdirilmiş məlumatları və ya əqli mülkiyyəti   idarəçilərin icazəsi olmadan surətini çıxarmaq, yayımlamaq, başqasına göndərmək və ya fərqli şəkildə istifadə etmək; 

Sayta və Mobil tətbiqə ziyan vurmaq, icazəsiz giriş əldə etməyə cəhd göstərmək; 

Serverin sındırılmasına və ya ələ keçirilməsinə, yaxud serverdən gələn məlumatların ələ keçirilməsinə cəhd göstərmək; 

Saytın idarəçilərinin razılığı olmadan Saytda reklam xarakterli məlumat yerləşdirmək;

Saytın və Mobil tətbiqin xidmətlərini üçüncü tərəfə satmaq və ya belə xidmətlərdən istifadə etməklə üçüncü tərəfdən kommersiya faydası əldə etmək;

Sayt, Saytın və Mobil tətbiqin idarəçiləri və digər İstifadəçilər və ya xidmətlər barədə həqiqətə (şayiə və böhtan xarakterli) uyğun olmayan məlumat yaymaq.

Tərəflərin hüquqları

İstifadəçi “Fit” mobil tətbiqi və saytı tərəfindən təqdim olunan bloq yazılara və xəbərlərə şərh və ya rəy verə bilər. Şərhlərin yazılması tamamilə könüllülük prinsipinə əsaslandığına və belə şərhlər ayrı bir razılaşma ilə tənzimlənmədiyinə görə İstifadəçi onların “Fit” üçün hər hansı bir məxfilik öhdəliyi yaratmayacağını qəbul edir. Bununla yanaşı, “Fit” İstifadəçinin razılığı olmadan heç bir rəyin mənbəyini açıqlamayacaq. “Fit” İstifadəçi üçün hər hansı bir öhdəlik yaratmadan şərhləri istədiyi kimi istifadə etmək hüququna sahibdir. Yuxarıda göstərilənlər Saytda yerləşdirilmiş məxfilik siyasətinə əsasən qorunan məlumatlarla bağlı tərəflərin hər hansı birinin öhdəliklərinə təsir etməyəcəkdir.

Məxfilik siyasəti

İstifadəçinin nəzərinə çatdırılır ki, onların fərdi məlumatlarının məxfiliyinin qorunması Sayt üçün ən mühüm amillərdən biridir. Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında”  Qanununun 5.2-ci maddəsin əsasən, ad, soyad, elektron poçt ünvanı və ya bu kimi  fərdi məlumatları üçüncü bir tərəfə ötürülmür. Sayt İstifadəçinin fərdi məlumatlarını yalnız öz xidmətləri üçün istifadə edəcək. İstifadəçinin Sayta daxil etdiyi məlumatların toplanması və istifadəsində müasir informasiya texnologiyalarının əhəmiyyətini əks etdirmək üçün  “Məxfilik siyasəti” adlı bu bölmə hazırlanmışdır.

Bu məxfilik siyasəti  www.application.fit saytında toplanan məlumatlara aiddir. Sayt İstifadəçinin fərdi məlumatlarının məxfiliyinə daim diqqətlə yanaşır və İstifadəçiyə aid fərdi məlumatların mühafizəsini təmin edir. İstifadəçi Saytdan istifadə edərək və ya əlaqə məlumatlarını daxil edərək bu məxfilik siyasəti və onun şərtləri ilə razılaşdığını təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair yazılı razılıq vermiş hesab edilir. Bu razılıq İstifadəçinin öz şərhlərini saytda müəyyən olunmuş qaydalara uyğun olaraq sildiyi müddətədək qüvvədədir. İstifadəçi hər hansı şərt və ya qayda ilə razı deyilsə, saytdan istifadə etməməsi və ya “Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən, barəsində məlumatların toplanılmaması və istifadə edilməməsinə dair yazılı etiraz təqdim etməsi tövsiyə olunur.

Bu məxfilik siyasəti vaxtaşırı yenilənə və dəyişdirilə bilər. Məxfilik siyasətinə edilən hər hansı dəyişiklik barədə məlumat Saytda yerləşdiriləcək. Hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və ya hansı şərtlər daxilində aşkarlandığı barədə məlumatlı olmaq üçün bu səhifəni mütəmadi yoxlamaq vəzifəsi İstifadəçiyə aiddir. İstənilən halda, dəyişiklik edilmiş məxfilik siyasəti dəyişikliklər barədə İstifadəçinin məlumat əldə edib-etməməsindən asılı olmayaraq, İstifadəçiyə münasibətdə tətbiq ediləcək.

Mübahisələrin həlli

Hazırki Razılaşma Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Bu Razılaşmadan irəli gələn və ya onunla əlaqəli olan bütün mübahisələr və fikir ayrılıqları və ya iddialar, o cümlədən icrası, pozulması, ləğvi və ya etibarsızlığı ilə əlaqəli iddialar Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir.

Məhkəmə tərəfindən bu Razılaşmanın hər hansı bir müddəasının etibarsız və ya icraedilməz kimi tanınması Razılaşmanın digər müddəalarının etibarsız və ya icrasızlığına səbəb olmayacaq.

İcraçı İstifadəçiyə əvvəlcədən bildiriş göndərərək bu Razılaşmanın şərtlərini birtərəfli qaydada və məhkəmədənkənar şəkildə dəyişdirmək, bu Razılaşmanın müəyyən şərtlərini tam və ya qismən yerinə yetirməkdən imtina etmək, habelə bütün xidmətlərin və Saytın fəaliyyətinin təmin edilməsini müvəqqəti dayandırmaq və digər xidmətlərdən istifadəsini məhdudlaşdırmaq hüququna malikdir. 

İstifadəçi bu Razılaşmanın şərtlərini ciddi şəkildə pozduğu təqdirdə, İcraçı bütün zərərlərin (həqiqi ziyan və itirilmiş mənfəət) tam şəkildə ödənilməsini tələb edə bilər.

İcraçı ilə Tərəf arasında yaranan mübahisəli məslələrin həlli ilkin olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qaydalarına uyğun olaraq məhkəməyə qədər nizamlama (pretenziya) qaydasında kommersiya məhkəməsinin həllinə verilə bilər.

İcraçı bu Razılaşma üzrə hüquq və vəzifələri, o cümlədən xidmətlərin tam və ya qismən göstərilməsini üçüncü tərəfə həvalə etmək hüququna malikdir.

Bu Razılaşma Saytda dərc edildiyi andan etibarən qüvvəyə minir.